İmamoğlu ermənilərə təşəkkür etdi

SİYASƏT 23 iyun 2019, 22:46

İstanbul Böyükşəhər Bələdiyyə Başqanı seçkilərində 45,9 faiz səs toplamış Binəli Yıldırıma qarşı 53,03 faiz səslə CHP namizədi Əkrəm İmamoğlu qalib gəldi.


Nəticələr açıqlandıqdan sonra Binəli Yıldırım qalubi təbrik edib. Əkrəm İmamoğlu mətbuat konfransında bütün İstanbullulara təşəkkür etdi. Eyni zamanda o, “İstanbullular” deyərkən burada yaşayan millətlərin nümayəndələrinə adbaad təşəkkürünü bildirdi. Bu zaman türklərlə, kürdlərlə, yəhudilərlə yanaşı ermənilərin də adını çəkdi.


Onun ermənilərə də xüsusi təşəkkür etməsi birmənalı qarşılanmayıb. Halbuki İmamoğlunun tərəfdarları arasında Azərbaycanlılar daha çoxdur; onun seçki mitinqində Azərbaycan bayrağı da görünmüşdü. Ancaq qalib çıxışında İstanbulda yaşayan, Türkiyə vətəndaşları olan və ona dəstək vermiş Azərbaycan türklərinin adını deyil, ermənilərin adını çəkib. (Bizimyol.info)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top