İstanbul Böyükşəhər Bələdiyyə seçkisinin ilkin nəticələri açıqlanandan sonra namizədlər media qarşısına çıxıb.
Rəsmi açıqlamaları gözləmədən AKP namizədi Binəli Yıldırım Əkrəm İmamoğlunu təbrik edib.
Bu da o deməkdir ki, hakim partiya məğlubiyyətlə barışıb və Əkrəm İmamoğlunun qələbəsini etiraf edib. (modern.az)