Gimnastlarımız II Avropa Oyunlarında növbəti medallarını qazanıblar

İDMAN 23 iyn 2019, 21:30

İyunun 23-də II Avropa Oyunlarının akrobatika gimnastikası yarışlarında Azərbaycan təmsilçiləri komandamızın aktivinə daha bir medal yazdırıb.

 

Demokrat.az xəbər verir ki, məlumatına görə, “Minsk 2019”da kombinasiya edilmiş hərəkətlər üzrə qarışıq cütlüklərin yarışında mübarizə aparan Ruhidil Qurbanlı - Abdulla Əl-Məşayxi cütlüyü 29,540 xal toplayaraq ikinci Avropa Oyunlarının gümüş medalına sahib olublar.

 

Qızıl medalı Rusiya təmsilçiləri –Viktoriya Aksenova və Kiril Startsev cütlüyü qazanıb (29,580 xal). Bürünc medala 29,420 xal toplayan Volna Melnik - Artur Belakurov cütlüyü (Belarus) layiq görülüb.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top