Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında cüdo yarışları davam edir.
Demokrat.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Rüstəm Orucov mübarizəyə qələbə ilə başlayıb.
Orucov 1/16 finalda Monteneqro təmsilçisi Sedrik Bessinlə üz-üzə gəlib. 28 yaşlı idmançımız rəqibini 57 saniyəyə ipponla üstələyib.
1/8 finalda isə Orucov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olan italiyalı Fabio Bazile ilə qarşılaşıb. O, Olimpiya çempionuna 3 dəqiqə 27 saniyəyə qalib gələrək, 1/4 finala yüksəlib.
***
Demokrat.az xəbər verir ki, Rüstəm Orucov turnirin yarımfinalına vəsiqə qazanıb.
O, ¼ finalda Ermənistan təmsilçisi Ferdinand Karapetyana vaza-ari xalı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Rüstəmin növbəti rəqibi yunanıstanlı Georgios Azoidis olub.
Daha sonra Hidayət Heydərov 1/4 final görşünə çıxıb. 22 yaşlı cüdoçu yunan rəqibi Georgios Azoidisə 46 saniyəyə ipponla məğlub olub. O, bürünc medal uğrunda təsəlliverici görüşdə ermənistanlı Ferdinand Karapetyanla qarşılaşacaq.