“Şamaxıdakı otellərə yalnız gizli eşq yaşamaq üçün gedirlər” — Natiq Cəfərli

SOSİAL 23 iyun 2019, 16:22

“Son günlər Cürcüstanın Siqnaxi bölgəsində oldum, ümumiyyətlə, Gürcüstanda 21 bölgə üzrə maraqlı turizm marşrutu təşkil edilib, turizm bütün ölkəyə yayılıb. Bu gün Tiflisə gələn turistlərin 59 faizi bölgələrə də gedirlər. Beləliklə də turizmin gəlirini tək Tiflis yox, bütün ölkə yeyir”.


Demokrat.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. 


O, bildirib ki, Siqnaxi Tiflisdən cəmi 110 km aralıda, dağların qoynunda yerləşir. Maraqlı tarixi abidələri, uydurulmuş hekəyələri var. 


“Cəmi 1,5 saata Tiflisdən hər gün onlarla turist qrupu Siqnaxiyə gəlir, axşam isə əksəriyyət Tiflisə dönür. Şəhərciyin tək gəlir yeri turizmdir, onlarla kafe, restoran, otel, hostel və kiçik ev tipli qonaqlama yerləri var. 


Əhalinin tək işi turistlərə xidmət edib, nəsə satıb pul qazanmaqdır. Şəhərciyin turizmdən illik gəliri 170 mln. dollardan çoxdur. 


Açığı, cəmi 1 gün qalmalı yerdir, ikinci gün orda insanln canı sıxılar, amma biznes xalqa məxsusdur, turizmdən hər evə pay düşür deyə şəhərcik inkişaf edib böyür, insanların rifahı yüksəlir”. 


N. Cəfərli deyir ki, Şamaxı da Bakıdan cəmi 110 km aralıda, dağlar qoynunda yerləşir, qədim tarixi, əsl hekayə qurmağa təməli var. “Gözəl tarixi abidələri olsa da, yiyəsi yoxdur. Söhbət yiyə olaraq hökumətdən getmir, zatən hökumət zay çalışır - yəni, şəhərin yiyəsi xalq deyil, turizm Siqnaxidə olduğu kimi xalq biznesinə çevrilməyib. 


Büdcə və korrupsiya puluna 1-2 qlamur otel tikiblər, çox zaman da otellər boş qalır, maksimum Bakldan ora yaxın olduğu üçün gizli eşq yaşamağa bəzi cütlüklər gedir - vəssalam. 


Abidələr var, Rəsədxana var, çalışmağa hazır əhali var - amma sistem zaydı, xalq turizm sektorunun sahibi, sahibkarı ola bilmir deyə Şamaxı Siqnaxiyə 10:0 uduzur, halbuki azı 3:1 udmalı idi.


Turizmin əlifbası paylaşmaqdır, hekayə quruculuğudur, rəqabətdir, kiçik sahibkarlığa dəstəkdir. Mərmərdən büdcə puluna otel tikib od qiymətinə satmaqla, lüləkababla, yerli əhaliyə sahibkar kimi deyil də, ancaq ucuz işçi qüvvəsi kimi baxmaqla turizmi inkişaf etdirmək olmur”.(Yeni Sabah)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top