Bakının Nizami rayonu ərazisində, metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşə "X-Lady" ticarət obyektində güclü yanğın baş verib.
Demokrat.az AZƏRTAC-a istinadən bildirir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 10-dan çox texnikası cəlb olunub.
Hazırda alovun söndürülməsi işləri davam etdirilir.
Hadisə ilə əlaqədar operativ qərargah yaradılıb.
Ticarət obyektinin yerləşdiyi Məhəmməd Hadi küçəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.
Əlavə məlumat veriləcək.