Söyün Sadıqov sərbəst buraxıldı

HADİSƏ 23 iyun 2019, 10:52

Bu ilin yanvarında Rusiyanın Rostov şəhərində həbs edilən Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos) sabiq prezidenti Söyün Sadıqov sərbəst buraxılıb.


Bu barədə Demokrat.az-a Söyün Sadıqov özü məlumat verib. 


O, günahsız olduğunu və məhkəmənin qərarı ilə azadlığa çıxdığını bildirib.


Xatırladaq ki, Söyün Sadıqov iş adamlarından birinin 100 milyon rubl və torpağını qəsb etməkdə, Rostovdan olan biznesmen Madiros Oskanova qarşı cinayət əməli törətməkdə ittiham olunub. 


Zaur Hacılı
Demokrat.az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top