İrandan ABŞ-a SƏRT CAVAB

DÜNYA 22 iyn 2019, 17:03

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatı dayandırdığını açıqladıqdan sonra rəsmi Tehrandan çox sərt cavab gəlib.


Demokrat.az xəbər verir ki, iranlı general Əddülfazıl Şəkərci “İrana qarşı hər hansı bir həmlə ABŞ-ın regiondakı maraqları məsələsində ciddi nəticələrə səbəb olacaq” açıqlamasını verib.


Bu barədə İranın “Tasnim” rəsmi xəbər agentliyi məlumat yayıb. 


Məlumata əsasən, İranın Ordu Baş Qərargahının mətbuat katibi Əbdülfazıl Şəkərci deyib:


“İrana güllə atmaq Amerika və müttəfiqlərinin maraqlarını alova atacaq. Bu gün regionda vəziyyət İranın lehinədir. Düşmən, xüsusən də Amerika və regiondakı müttəfiqləri ABŞ-ın maraqları üzərində olan barıt çəlləyini vurmaq kimi bir hərbi səhvə yol versələr, region alova qərq olacaq”.


Səhər saatlarında isə İranın xarici işlər nazirliyinin mətbuat katibi Abbas Musəvi də açıqlama verib:


“İran sərhədlərinə qarşı heç bir əməliyyata icazə verməyəcək. İran ABŞ tərəfindən hər hansı bir hücum və təhdidə qarşı sərt şəkildə cavab verəcək”.(Ölkə.Az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top