"İranla müharibə başlasa, heç kimin görmədiyi dağıntılar olacaq" — Tramp

DÜNYA 22 iyn 2019, 14:31

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, İranla misli görünməmiş dağıntılara gətirib çıxaracaq müharibəyə başlamaq istəmir.


Demokrat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika lideri NBC televiziya şirkətinə müsahibəsində bildirib.


"Mən müharibəyə (İranla -red) cəhd etmirəm və əgər o olacaqsa, onda heç kimin görmədiyi dağıntılar olacaq", - deyə Tramp qeyd edib.


Amerika lideri "mən buna cəhd etmirəm", - deyə bir daha təkrar edib.


O, həmçinin əmin edib ki, ABŞ İranla dialoqun başlaması üçün heç bir şərt irəli sürmür.


"Onlara (iranlılara – red) nüvə silahına malik olmaq olmaz", - Tramp deyib. "Əgər onlar bu barədə danışmaq istəyirlərsə, bu yaxşıdır", - deyə Ağ Ev rəhbəri əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top