Mədət Quliyev: "Təyinatlarım həmişə mənim üçün gözlənilməz olub"

GÜNDƏM 22 iyn 2019, 11:02

"Biz əsgərlərik. Dövlət başçımız uğurla, qətiyyətlə, mətinliklə dövlətimizi irəli aparır və dövlətimiz inkişaf edir. Biz də dövlətimizin başçısının ətrafında daha da sıx birləşərək, Azərbaycanın daha da qüdrətlənməsi və daimi zəfərləri naminə bundan sonra da bütün qüvvəmizlə və fədakarlıqla çalışacağıq, xidmət edəcəyik".

 

Bunu Prezident İlham Əliyevin sərəncamı ilə nazir postuna gətirilən Mədət Quliyev yeni təyinatı ilə bağlı musavat.com-a danışarkən deyib.

 

M.Quliyev yeni təyinatının onun üçün gözlənilməz olub-olmadığı barədə suala da cavab verib: "Ümumiyyətlə, bu günə qədər olan bütün təyinatlarım mənim üçün gözlənilməz olub. Lakin təyinatlarımdan sonra həmişə öz xidmətimlə məşğul olmuşam".

 

Mədət Quliyev onu da vurğulayıb ki, təyinat yerində işə həvəslə başlayıb: "Dünya inkişaf edir. Bu sahə dövlət başçımızın xüsusi nəzarətindədir. Prezidentimiz bu istiqamətdə öz tapşırıqlarını verib və biz də onu yerinə yetiririk".

 

Bu təyinata görə Prezident İlham Əliyevə təşəkkürünü çatdıran Mədət Quliyev deyib ki, Ali Baş Komandanın bu ali etimadını öz xidməti ilə yüksək səviyyədə doğruldacaq. Nazir qeyd edib ki, ona tapşırılan sahənin inkişafı, dövlətimizin müdafiəsi və təhlükəsizliyi, milli maraqları üçün bundan sonra da şərəflə Azərbaycana xidmət göstərəcək.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top