Yay tətilində xaricə üz tutanlar üçün “Nar”-dan sərfəli ROMİNQ PAKETLƏRİ

MARAQLI 21 iyn 2019, 18:44

Hər zaman abunəçilərinin dinamik tələblərinə cavab verən mobil operator “Nar”, yay tətilini xaricdə keçirən müştəriləri üçün sərfəli rominq paketləri təqdim edir. Müxtəlif ehtiyaclara uyğun sərfəli qiymətə təqdim olunan 4 rominq paketindən yararlanmaq üçün səfərə çıxmazdan əvvəl rominq paketlərindən birini sifariş etmək kifayətdir.


Təqdim olunan “Roaming 9” paketi abunəçilərə 500 MB internet, “Roaming 15” paketi 500 MB internet və 50 dəqiqə səsli zəng, “Roaming 18” paketi 1 GB internet, “Roaming 28” paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir. Xüsusilə qeyd etmək lazımdır ki, “Roaming 18” və “Roaming 28” paketlərində “WhatsApp” yazışmaları tamamilə pulsuzdur, yəni bu trafik sizin internet paketinizdən çıxılmayacaq.


Şifariş edilən paketdaxili internet və dəqiqənin balansını yoxlamaq üçün *777#20#YES kodunu yığmaq lazımdır. “Roaming 9”, “Roaming 15” paketlərinin istifadə müddəti 5, “Roaming 18” və “Roaming 28” paketlərinin istifadə müddəti isə 15 gündür.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top