Gürcüstan parlamentinin sədri Azərbaycana səfərini yarımçıq dayandırdı — ETİRAZLARA GÖRƏ

DÜNYA 21 iyn 2019, 14:19

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze iyunun 20-də Azərbaycana rəsmi səfərini yarımçıq dayandıraraq Gürcüstana qayıdıb.


Demokrat.az xəbər verir ki, bu barədə Kobaxidzenin kabineti məlumat yayıb.


Gürcüstan parlamentinin sədrinin iyunun 20-də Azərbaycana səfəri başlayıb. O, səhər saatlarında Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.


Bundan sonra İrakli Kobaxidze Gürvcütanda yaranan insidentlə bağlı səfəri təxirə salıb.


İyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozub. Gürcüstan Arzusu Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb edib.


Ötən gecə isə Tbilisidə geniş etiraz aksiyası keçirilib. Polis güc tətbiq edərək aksiyanı dağıdıb, 52 nəfər saxlanılıb.


Gürcüstan prezidenti Salome Zurabişvili də Belarusa rəsmi səfərini yarımçıq dayandıraraq Tbilisiyə qaydıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top