Vilayət Eyvazovun yerinə kim təyin olunacaq? — Namizədlər

GÜNDƏM 21 iyn 2019, 12:51

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edilərək, Təhlükəsizlik Şurasının katibi təyin olundu.


Demokrat.az xəbər verir ki, Prezidentin digər sərəncamı isə daxili işlər naziri vəzifəsinə təyinatla bağlı oldu. Belə ki, daxili işlər nazirinin birinci müavini vəzifəsini tutan, general-leytenant Vilayət Eyvazov daxili işlər naziri təyin edildi.


Bu təyinatdan sonra daxili işlər nazirinin birinci müavini vəzifəsi boş olaraq qalır. 


Hazırda daxili işlər nazirinin 4 müavini var:


polis general-leytenatları Oruc Zalov,


İsmət Əliyev,


Şahir Məmmədov (həm də Daxili Qoşunların komandanı),


Fazil Quliyev (həm də Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi).


Mümkündür ki, adları çəkilən generallardan hansısa biri daxili işlər nazirinin birinci müavini vəzifəsinə irəli çəkilsin. Amma o da mümkündür ki, həmin postda ümumiyyətlə təyinat olmasın və ləğv edilsin. Çünki təcrübədə əvvəllər belə hal baş verib.(Modern.az) 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top