Tbilisi qarışdı — Polislə etirazçılar arasında QARŞIDURMA (FOTOLAR)

DÜNYA 21 iyn 2019, 12:30

Gürcüstanda Rusiya nümayəndə heyətinin səfərinə etiraz etməyə çalışan vətəndaşlarla polis arasında qarşıdurma yaşanır. 


Demokrat.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu günə yeni aksiya təyin olunub.
 

Dünən Tbilisidə Pravoslav Parlament Assambleyasının 26-cı sessiyasının plenar iclasına rusiyalı nümayəndə Sergey Qavrilovun sədrlik etməsi yerli əhali arasında ciddi narazılığa səbəb olub. Onlarla insan bu hadisəyə etiraz etmək üçün küçələrə axışıb. Polis aksiyanı təzyiqli su, bibər qazı və plastik mərmilərlə dağıtmağa çalışır.
 

Etirazçılar parlament sədri İrakli Kobxahidzeni istefaya çağıran şüarlar səsləndirirlər. Yerli mətbuatın yaydığı məlumata görə, qarşıdurma zamanı yaralanlar və həbs edilənlər var. Polisin ərazidən dağıtdığı aksiyaçılar, bir müddət sonra yenidən bir araya gələrək aksiyaya davam ediblər.(ayna.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top