Ramil Usubov kollektivlə sağollaşdı — Yeni nazir təqdim edildi

GÜNDƏM 21 iyn 2019, 11:47

Sabiq Daxili İşlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb.


Unikal.org-un xəbərinə görə, hazırda yeni Daxili İşlər naziri Vilayət Eyvazovun kollektivə təqdim olunması mərasimi keçirilir.


Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Vilayət  Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.
 

Ramil Usubov isə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top