Tbilisidə etirazçılar Rustaveli küçəsini bağladı

DÜNYA 20 iyn 2019, 23:47

Tbilisidə etirazçılar Rustaveli küçəsini bağlayıblar.

 

Demokrat.az APA-ya istinadən xəbər verir ki, parlament sədrinin və daxili işlər nazirinin istefası tələbi ilə parlamentin önünə toplaşan nümayişçilər paytaxtın əsas yollarından olan  Rustaveli küçəsini bağlayıblar. Hüquq-mühafizə xidmətinin əməkdaşları yolun bağlanmasına əvvəlcə icazə verməsələr də, sonradan nümayişçilər buna nail ola biliblər.

 

"Girçi" partiyası da artıq nümayişlərə qoşulduğunu bəyan edib. Partiyanın lideri Zurab Caparidze bildirib ki, onlar həm hökümətə, həm də patriarxlığa etiraz edirlər.


 
"Anlamalısınız ki, bu günkü vəziyyətin əsas səbəbkarlarından biri Gürcüstan patriarxlığıdır. Mən gəlmişəm göstərəm ki, patriarxlıq Rusiyanın bu ölkədəki əsas güclərindən biridir", - deyə Z.Cparidze bildirib.

 

Tbilisi Dövlət Universutetinin və İlia Dövlət Universitetinin tələbələri də nümayişə qoşulacaqlarını bəyan ediblər.

 

"Vahid Milli Hərəkat" partiyasının sədri Qriqol Vaşadze isə hökümətə parlamentin sədri İrakli Kobaxidzenin, daxili işlər naziri Georgi Qaxariyanın və Dövlət Təhlükəsizliyi xidmətinin rəhbəri Vaxtanq Qomelaurinin istefası üçün bir saat vaxt verdiyini bəyan edib.

 

Tbilisi ilə bərabər Gürcüstanın Poti, Batumi və bir sıra digər rayonlarında da etiraz aksiyaları keçirilib.

 

Qeyd edək ki, bu gün Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən  26-cı Baş Assambleyası zamanı assambleyanın prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Gavrilovun parlament sədrinin kürsüsündə əyləşərək assambleyaya sədrlik etməsi etirazlara səbəb olub. O, bir müddət öncə Gürcüstanı reallıqla barışmağa, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa çağırıb.  

 

S.Qavrilovun artıq ölkəni tərk etdiyi bildirilir.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top