Bakının mərkəzində yanğınlar niyə baş verir? — Təsadüf, yoxsa qəsdən...

GÜNDƏM 20 iyn 2019, 10:50

Son vaxtlar Bakının ayrı-ayrı yerlərindəki yaşıllıq ərazilərində yanğınlar baş verir. Sonuncu belə yanğın iki gün öncə paytaxtın Yasamal rayonu ərazisində yerləşən "Alov qüllələri" binasının yaxınlığında qeydə alınıb. Həmin ərazidə 10 gün öncə də oxşar yanğın baş vermişdi. Mütəxəssislər baş verən bu cür yanğınların qəsdən törədildiyini bildirirlər. Onların fikrincə, yanğın törədilən ərazilər paytaxtın ən görkəmli və bahalı əraziləri olduğu üçün ayrı-ayrı işbazlar həmin yerlərə göz dikiblər. Böyük ehtimalla sözügedən şəxslər yaşıllıqlar məhv etməklə həmin əraziləri "ölü zona"ya çevirib, sonradan orada öz biznes maraqlarını həyata keçirməyi planlaşdırıblar. 


Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Demokrat.az-a öz fikirlərini bölüşüb. 


S.Cəlaloğlu deyir ki, son vaxtlar Bakı şəhərinin mərkəzi ərazilərində tez-tez belə yanğınların baş verməsi heç də yaxşı əlamət deyil:

 

Image result for Sərdar Cəlaloğlu


"Hətta, bu cür hadisələr təbii şəkildə belə baş verirsə, bu, paytaxtın yanğınlardan sığortalanmadığını göstərir. Ona görə də tez-tez ağaclar olan ərazilərdə yanğınlar törədilir və yaxud da baş verir. Bunun çox böyük ağır nəticələri ola bilər. Görünür, ayrı-ayrı qüvvələr bu cür yollarla təxribatlar hazırlayıb öz məqsədlərinə çatmaq istəyirlər. Baş verən bu cür hadisələrin kökünü araşdırmaq lazımdır. Ola bilsin ki, həmin ərazilərə kimlərsə göz tikiblər və ona görə də ağacları yandırıb, bir müddət sonra da orada binalar tikəcəklər. Biz buna bənzər hallarla çox rastlaşırıq. Dəfələrlə eşidirik ki, Bakının filan rayonunda ağacların dibinə yandırıcı maddə tökərək, onu qurudublar. Sonra isə həmin ərazilərdə binalar tikilməyə başlayır. Əgər bu gün şəhərin mərkəzi sayılan Milli Məclis binasının yaxınlığında yanğınlar baş verirsə, görünür yanğından mühafizə işi qaydasında deyil. Bu sahədə çox böyük boşluqlar və problemlər mövcuddur. Hesab edirəm ki, müvafiq nazirliklər bu məsələni ciddi araşdırmalıdır. Müəyyən olunmalıdır ki, şəhərin mərkəzində yanğınlar niyə belə tez-tez baş veririr. Axı birdən-birə necə olur ki, eyni ərazidə ard-arda yanğın baş verir? Bu məsələdə birinci cavabdeh qurumlar Bakı şəhər Yaşıllaşdırma İdarəsi və Dövlət Yanğından Mühafizə Xidmətidir. Bu qurumlar araşdırma aparıb cavab veməlidirlər. Əgər yanğınlar qəsdən törədilirsə, onlar araşdırılıb cəzalandırılmalıdır".


Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etsək də, sorğumuza hələ ki, cavab verilməyib.     

 

Image result for alov qüllələri yanğın


Zaur Hacılı
Demokrat.az

  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top