"Köpəkoğlu sözünü mən evdə oğullarıma da deyirəm" - Yusif Mustafayev

ŞOU-BİZNES 19 iyn 2019, 17:50

"Burda ne var ki o sözü zarafata demişəm, o mənim ağzımın sözüdür".


 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında müğənni Yusif Mustafayev deyib.


 
O efirdə musiqiçilərə dediyi "Xod ver ə köpək oğlu" sözünün normal olduğunu iddia edib: 


 
"Hərdən evdə uşaqlarıma da o sözü deyirəm. O dediyim adam da mənim qardaşım oğludur. Ərk edib demişəm. Böyük bir söz deməmişəm ki, "


 
Efirdə təhqir olunduğu iddia olunan müğənninin qardaşı oğlu Mustafayev Mustafa AZXEBER.COM-a deyib ki, o söz təhqir üçün işlədilməyib: "Yusif müəllim mənim əmimdir, orada təhqir yoxdur. O mənim doğmamdır, burada qeyri-etik nə söz var ki? O mənə hər şey deyə bilər, bilirəm ki, zarafat edib". 


 
Qeyd edək ki, müğənni ATV-də yayımlanan  "Şou ATV” verilişində bu sözləri işlədib.


 
Video Qafqazinfo saytına məxsusdur.

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top