Pensiyalar da qalxır — Prezidentdən daha bir tapşırıq

SOSİAL 19 iyn 2019, 11:38

2019-cu ilin 1 oktyabr tarixindən etibarən ölkədə pensiyaların minimum həddi 160 manatdan 200 manata qaldırılacaq.


Demokrat.az xəbər verir ki, bu barədə Oxu.Az-a Milli Məclisdəki (MM) mənbələrdən məlumat daxil olub.


Bildirilib ki, dövlət başçısının imzası və təqdimatı ilə parlamentə  “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi daxil olub.


Qanun layihəsi sabah - iyunun 20-də MM-in Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə ediləcək və parlamentin 28 iyun tarixli plenar iclasına tövsiyə olunacaq.


Qanun layihəsi qəbul olunub imzalandıqdan və hüquqi qüvvəyə mindikdən sonra 25 faizlik artım təxminən 700 minə yaxın pensiyaçını əhatə edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top