“Gəbərin, qurdlu məxluqlar” — Aktrisa Pərvin Abıyeva

ŞOU-BİZNES 19 iyn 2019, 10:04

“İlahi, bizlər necə insanlarıq? Nə ilə qidalanırıq? Bu qədər qara qəlbli, kinli, nifrət dolu olmağın qaynağı hardan gəlir?”.


Demokrat.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva instaqram səhifəsində yazıb. 


O, sosial şəbəkələrdə çimərlik geyimində yayılan görüntülərini tənqid edənlərə cavab verib:


“Sizi yox, sizi böyüdüb tərbiyə verən valideylərinizi qınayıram ki, ürəyinizə nifrət toxumu əkiblər. Valideyn övladını bu cür insan düşməni olaraq böyütməməlidir. Qoy, mən açıq geyinən, sizin gözünüzdə necə görünürəmsə, elə də olum. Amma fəxr edirəm ki, sevgi dolu, humanist böyümüşəm. Heç kimin paxıllığını çəkməz, qeybət etmərəm, babal yumaram. Əlimdən gəldiyi qədər ətrafıma əl tutmuşam. Sizin kimi qaraqəlbli, kinli deyiləm.


Yazdığınız iyrənc rəylər sizə nə qazandırır? Məsələn, mənə təsir etmir, yenə də öz bildiyimi edəcəm, istədiyim kimi yaşayacam. Amma siz iyrənc görünürsünüz. Gəbərin, qurdlu məxluqlar”.(Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top