Sakinlər Bakıda aksiya keçirdilər — FOTOLAR

SOSİAL 18 iyn 2019, 17:07

Bu gün "İnteks" MMC tərəfindən aldadıldığını iddia edən Nərimanov rayon sakinləri Firdovsi Məmmədov 9 küçəsi ilə Təbriz küçəsinin kəsişdiyi ünvanda aksiyaya başlayıblar.


Demokrat.az Sputnik.az-a istinadən xəbər verir ki, sakinlər iddia edir ki, 2017-ci ildə onların yaşadıqları bina sökülüb və həmin ərazi adıçəkilən şirkət tərəfindən alınıb: 


"Bizə dedilər ki, həmin ərazidə yeni bina tikiləcək. Amma hələ ki, burada bir bina tikilməyib. Binamız söküləndə bizə dedilər ki, yaxın zamanlarda evlə təmin olunacağıq. Lakin bu günədək biz mənzillə təmin olunmamışıq. Heç bizim kirayə pulumuz da vaxtında ödənilmir".


Sökülən binalar 2 və 4 mərtəbəli köhnə tikililər olub.


Qeyd edək ki, aksiyada yüzədək sakin iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top