Mişel Platini həbs olundu

İDMAN 18 iyn 2019, 15:04

UEFA-nın keçmiş prezidenti Mişel Platini həbs edilib.

 

Demokrat.Az xarici KİV-ə istinadən xəbər verir ki, Platinin saxlanılmasına əsas səbəb kimi rüşvət iddiası göstərilir. Belə ki, Qatarın 2022-ci ildə futbol üzrə Dünya Çempionatına ev sahibliyinə M.Platinin kömək etdiyi və buna görə külli miqdarda rüşvət aldığı iddia olunur. Korrupsiya qalmaqalında şübhəli bilinən məşhur futbolçunu Fransa polisi Parisdə göz altına alıb.

 

Qeyd edək ki, Qatar mundiala ev sahibliyi etmək uğrunda ABŞ-la mübarizə aparırdı. 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top