"Qarabağ" üçün potensial rəqiblər - SİYAHI

İDMAN 17 iyn 2019, 22:36

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

 

Sabah baş tutacaq püşkatma öncəsi UEFA komandaları ikisində 10, birində isə 12 olmaqla 3 qrupa bölüb.

 

Səpələnmişlər sırasında yer alan “Qarabağ” ikinci “onluq”da qərarlaşıb. Azərbaycan çempionu özü kimi səpələnmişlərdən olan “Seltik” (Şotlandiya), “Şerif” (Moldova), “Düdelanj” (Lüksenburq) və “Slovan” (Slovakiya) ilə bərabər reytinq baxımından daha zəif rəqiblə qarşılaşacaq.

 

Ağdamlıların potensial rəqibləri isə aşağıdakı komandalardı.

1. “Valetta” (Malta)

2. “Sarayevo” (Bosniya və Hersoqovina)

3. “Sutyeska” (Monteneqro)

4. “Partizani” (Albaniya)

5. “Saburtalo” (Gürcüstan)

 

Qeyd edək ki, püşkatma mərasimi sabah İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. Birinci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab görüşləri isə 16-17 iyul tarixlərində keçiriləcək. (Matc.az)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top