“Kalaşnikov”la atasının qisasını aldı — Ağstafadakı dəhşətin TƏFƏRRÜATI

KRİMİNAL 17 iyn 2019, 20:17

Ağstafanın Böyük Kəsik qəsəbəsindəki bazarda bu gün törədilən qətliamın motivinə dair yeni təfərrüatlar məlum olub.


Demokrat.az xəbər verir ki, kənd sakinlərindən virtualaz.org-a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Elnur Süleymanov ailəsi ilə birgə "Ceyrançöl" ərazisində yaşayıb, femer təsərrüfatı ilə məşğul olublar.


25 yaşlı Elnurun bazarda “Kalaşnikov”la 4 nəfəri öldürməsinin, 3 nəfəri yaralamasının səbəbi isə daha əvvəl xəbər verildiyi kimi, qan davasıdır.


O da dəqiqləşib ki, Elnurun məhkumluğu olmayıb, xəbər agentliklərinin daha əvvəl iddia etdikləri kimi, keçmiş məhkum deyil. Əksinə, onun öldürdüyü şəxslərdən biri həbsxanadan təzə çıxıbmış.


"2007-ci ildə Elnurun atası Ramiz Süleymanovla qonşuları Şəmiddin Musayev və onun qardaşları - Rüfət və Novruz arasında dava düşmüşdü.  Həmin dava zamanı  Ramiz və qardaşı Rasim  odlu silahla qətlə yetirildi. Bu günkü hadisənin kökü də həmin qətldir"-yerli sakinlərdən biri belə deyib.


Kənd sakinlərinin dediyinə görə, qətl hadisəsi baş verən zaman E.Süleymanov uşaq olub. O, atasının və əmisinin qatillərinin - Səmiddin və Novruz Musayevin həbsxandan çıxacağını öyrənib və qisas alıb. Şəmiddinlə Novruzu, habelə onların anasını qətlə yetirib. Ağgöl kənd sakini Zeynəb Cəlilova  və hadisə zamanı yaralanananlar isə belə görünür ki, bu qətliamda təsadüfi qurban olub.


14 il əvvəl baş vermiş qətlin digər iştirakçısı Rüfət Musayev isə hazırda həbsxanadadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top