Salyanda çempion idmançı özünü asdı

KRİMİNAL 17 iyn 2019, 15:44

Bu gün səhər saatlarında Salyan şəhərində intihar hadisəsi baş verib.


Demokrat.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, Şəhriyar küçəsində tənha yaşayan 68 yaşlı Rahib Hüseynağa oğlu Axundov özünü evinin qarşısındakı üzüm çardağından asaraq intihar edib.


Hələlik intiharın dəqiq səbəbi bilinməsə də, məhkumluq həyatı yaşamış R.Axundovun bu yaxınlarda şərti olaraq azadlığa buraxılaraq probasiya qaydasında nəzarətə verildiyi deyilir .


Ötən əsrin 80-ci illərində “Zub Arif “ ləqəbi ilə tanınan mərhum Azərbaycanın ən məşhur stolüstü tennisçilərindən biri olub və dəfələrlə Azərbaycan və SSRİ çempionu titulunu qazanıb.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top