"Sizin dəstəyiniz mənə böyük kömək oldu" - Tanınmış jurnalist (FOTO)

GÜNDƏM 17 iyn 2019, 15:18

 AFFA-nı və Azərbaycan futbolunu tənqid etdikdən sonra, işlədiyi ATV kanalında təzyiqlərə məruz qalan İlkin Xəlilov özünün feysbuk hesabından ona dəstək çıxan hər kəsə təşəkkürünü bildirib.

 

Demokrat.Az xəbər verir ki, tanınmış jurnalist aldığı cəmiyyətdə aldığı dəstəkdən qürurlandığını yazıb:  

 

"Demək belə, hər şeyə, bütün suallara tam aydınlıq gəldiyindən artıq son nöqtəni qoymaq olar. ATV-də işimə davam edirəm!!! Bu, 3 aymı çəkəcək, 6 aymı olacaq, bilmirəm, amma hələlik öz yerimdə, 17 il çalışdığım doğma kollektivimlə birgəyəm. Bu günlərdə sosial şəbəkələrdə mənə olan misilsiz dəstək məni həm heyrətləndirdi, həm qürurlandırdı, həm də kövrəltdi. Dostlar, həmkarlar və tanımadığım minlərlə insan dəstək oldu, həmrəylik göstərdi. Hər birinizin qarşısında baş əyir, dərin təşəkkürümü bildirirəm. Sizin dəstəyiniz mənə böyük kömək oldu. Var olun!!! "

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top