Azərbaycanlılar bu ölkədə hər gün 3 mənzil alır

DÜNYA 17 iyn 2019, 15:01

Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir.

 
Demokrat.az Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin May ayında azərbaycanlılar Türkiyədə 90 mənzil alıblar (orta hesabla hər gün 3 mənzil). 


2018-ci ilin May ayında azərbaycanlılar Türkiyədə 75 mənzil almışdılar.
 

2019-cu ilin Yanvar-May dövründə (ilk 5 ayda) isə azərbaycanlılar Türkiyədə 464 mənzil alıblar. 2018-ci ilin eyni dövründə bu say 332 idi. 

 

Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 13-cü yerdədir. May ayında Türkiyədən ən çox mənzili İraq vətəndaşları alıblar -   594 mənzil. İraqlıların ardınca 509 mənzil ilə İran, 285 mənzil ilə  Rusiya vətəndaşları gəlirlər. 

 
Türkiyədə mənzil satışları 2019-cu ilin May ayında bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 31,3% azalaraq 82 252 olub. Xaricilərə satışlar isə illik  62,5% artaraq 3 925 təşkil edib.

 
2018-ci ildə azərbaycanlılar Türkiyədə 1250 mənzil alıblar. 2017-ci ilin 12 ayında bu say 942 mənzil idi.(Marja)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top