Azərbaycanda tanınmış məşqçinin oğlu qətlə yetirildi

KRİMİNAL 16 iyn 2019, 09:50

Gəncədə qətl hadisəsi törədilib.


Demokrat.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, şəhərdə olan çay evlərinin birinin qarşısında baş verən dava zamanı Elnur Əliyev bıçaqlanıb. 


O, xəstəxanaya aparılan zaman yolda keçinib. 


İlkin məlumata görə, mübahisə pul üstündə olub.


Qeyd edək ki, ölən şəxs Gəncədə tanınmış kikboksinq üzrə məşqçi İlqar Alıyevin oğludur.


Faktla bağlı cinayət işi açılıb. İstintaq aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top