Millinin biabırçı məğlubiyyətini tənqid edən ATV-nin tanınmış jurnalisti təzyiqlə üzləşib — VİDEO

İDMAN 15 iyn 2019, 21:59

Bir neçə gün öncə futbol üzrə yığma komandamızın cırtdan dövlət Lixtenşteynə biabırçı şəkildə uduzması AFFA rəhbərliyinin və futboçularımızın deyil, "Azad Azərbaycan" telekanalının idman departamentinin rəhbəri İlkin Xəlilovun başında çatlayıb. 


Belə ki, Moderator.az-a daxil olan məlumata görə, təkcə futbol azarkeşlərimzi deyil, bütövlükdə cəmiyyətimizi xəyal qırıqlığına uğradan milli komandamızın biabırçı məğlubiyyəti haqqında haqlı olaraq tənqidi süjet hazırlayan İlkin Xəlilov kimi peşəkar idman jurnalistini gözümçıxdıya salıblar. 


Görünür, AFFA rəhbərliyi onun kal armuddan betər kəsərli arqumentlərini həzm edə bilmədiyindən çıxış yolunu "qara məni basınca mən qaranı basım" məntiqində görərək furbolda bacara bilmədikləri işə - müdafiədən hücuma keçib.


Əldə etdiyimiz məlumata görə 17 ildir ki, adıçəkilən kanalı idman depratmanetinə rəhbərlik edən peşəkar jurnalistə qarşı baş verənlər kanalın əməkdaşlarını da pərt etdib və hətta son günlər yaranmış cansıxıcı durumdan bezən bəzi əməkdaşların kanalla yollarını ayırdığı da bildirilir. 


Biz Moderator.az olaraq haqlı şəkildə komandamızı, ona rəhbərlik edənləri ittiham edən İlkin Xəlilovu müdafiə edəcəyik və mediadakı bütün dostlarımızı da həmrəyliyə səsləyirik. Ümid edirik ki, ATV kanalının rəhbərliyi də öz əməkdaşını kənar qüvvələrin yersiz hücumundan qorumağı bacaracaq və İlkin Xəlilov kimi peşəkarın xəyal qırıqlığına uğramasına imkan verməyəcək.


Mövzunu diqqətlə izləməkdəyik... 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top