Almaniyanın keçmiş kansleri Krımı Rusiya torpağı adlandırdı

DÜNYA 15 iyn 2019, 19:48

"Krımın Rusiyaya qatılması tam qanunidir".

 

Virtualaz.org “Bild” nəşrinə istinadən bildirir ki, bunu Almaniyanın keçmiş kansleri Gerhard Şröyder deyib.

 

O, Krımı Rusiya torpağı adlandıraraq, Xruşşovun ucbatından bu torpaqların Ukraynaya verildiyini bildirib.

 

Şröyder Krımın anneksiyasının Rusiya aqressiyası adlandırılmasının doğru olmadığını da deyib. O, Ukraynanı Donbasda əməliyyatları dayandırmağa və Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb.

 

Yeri gəlmişkən, nəşr keçmiş kanslerin bu mövqeyini tənqid edib.

 

"Bu insan Almaniya və ya Moskva üçün danışır?" – deyə “Bild” xəbərini sualla bitirib. 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top