Bu kənddə 20 ildən çoxdur “Son zəng” çalınmır - FOTO

SOSİAL 15 iyn 2019, 18:05

Quba rayonunun Töhmər kəndindəki orta məktəbdə 20 ildən çoxdur “Son zəng” çalınmır.


“Report”un Şimal bürosunun verdiyi məlumata görə, SSRİ dağıldıqdan sonra kənd məktəbi cəmi bir neçə il fəaliyyət göstərib, sonralar isə baxımsızlıq üzündən tədricən dağılmağa başlayıb.

  Qubanin Tohmer kendinde dagilmish Mektebin qaliqlarl 1

Dağılmış məktəbin qalıqları


İyirmiyə yaxın ailənin yaşadığı kəndin sakinlərinin sözlərinə görə, həmin dövrdən məktəb yaşına çatmış uşaqlar bu günədək məktəbin nə olduğunu bilmirlər: “İndiki uşaqları da həmin aqibət gözləyir. Onlar televiziya vasitəsilə məktəbliləri seyr etdikdə gözlərinin yaşardığını deyirlər. Onlar da məktəbə getmək, “Birinci zəng” və “Son zəng” səsini eşidib sevinmək istəyirlər”.

 

Sakinlər həmçinin bildirib ki, avtomobil yolunun olmaması səbəbindən uşaqlarını qonşu kəndlərdəki məktəblərə də göndərə bilmirlər.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top