Ələt-Şirvan dəmiryolu xəttində yanğın söndürülüb - VİDEO+YENİLƏNİB

HADİSƏ 15 iyn 2019, 16:21

APA-nın məlumatına görə, saat 12.00 radələrində Ələt-Şirvan dəmiryolu xəttinin 45-ci kilometrliyində, Şirvan çeşidləmə stansiyasında yolun kənarına yığılmış mazutlu şpallarda yanğın baş verib. Yanğına quru otun yanaraq şpallara keçməsi səbəb olub. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb. Yanğının əsas dəmir yolu xəttinə keçməsinin qarşısı alınıb.

 

Dəmir yolu təsərrüfatına ciddi ziyan dəyməyib.

 

Faktla bağlı araşdırma aparılır.

 


13.17

Ələt-Şirvan dəmiryolu xəttində yanğın baş verib.

APA-nın məlumatına görə, saat 12.00 radələrində Ələt-Şirvan dəmiryolu xəttinin Şirvan ərazisində yolun kənarına yığılmış mazutlu şpallarda yanğın baş verib. Yanğına səbəb quru otun yanaraq şpallara keçməsi olub. Dəmir yolu xəttinə təhlükə yaransa da alovun qarşısını almaq mümkün olub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi yanğının söndürülməsi istiqamətində iş aparır. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top