AzTV verilişin bağlanmasına aydınlıq gətirdi

SOSİAL 15 iyn 2019, 15:00

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Palitra ART" verilişi ilə bağlı yayımlanan məlumatlara aydınlıq gətirib. 

 

Demokrat.Az bildirir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən qafqazinfo-ya verilən məlumata görə, qarşı tərəfin mövqeyi öyrənilmədən, səbəbi bildirilmədən bağlanılması, aparıcıya haqsızlıq edilməsi həqiqətə uyğun deyil:

 

"Bəli, AzTV-də kreativ qrup yaradılıb və qrupa kifayət qədər təcrübəli , "Ağ-Qara", "Gənclik stansiyası", "Sağlam ol", "Gün başladı" kimi kreativ layihələrin rəhbəri Nazilə Babayeva rəhbər təyin olunub. Burada məqsəd forma və məzmun baxımından kifayət qədər köhnəlmiş, müasir tamaşaçı tələblərinə cavab verməyən verilişləri müəyyən edərək onları ya başqa verilişlərlə əvəz etmək, ya da keyfiyyət baxımından dəyişdirməkdir. "Palitra ART" da bu verilişlərdəndir. Verilişin müəllifi ilə rəhbərlik bir neçə dəfə görüşüb, iradlarını bildirib". 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top