Fərizənin anası vəfat etdi

HADİSƏ 14 iyn 2019, 23:49

1990-cı il 20 Yanvar hadisələri zamanı vəfat etmiş Fərizə Allahverdiyevanın anası Bağda xanım həyata gözlərini yumub.


Demokrat.az xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə sosial şəbəkədə məlumat yayıb. 


Onun yazdığına görə, bu barədə xəbəri F.Allahverdiyevanın qaynı Elxan Allahverdiyev ona bildirib.


Qeyd edək ki, F.Allahverdiyeva 20 Yanvar faciəsi zamanı şəhid olmuş İlham Allahverdiyevin həyat yoldaşıdır. Onlar Şəhidlər Xiyabanında dəfn olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top