Azərbaycan Ordusunun kimya bölmələri ilə taktiki-xüsusi təlim keçirilib — VİDEO

HADİSƏ 14 iyn 2019, 23:10

Kimya Qoşunlarının hərbi hissəsində hücum əməliyyatında taborun fəaliyyəti mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Müdafiə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, təlimin əsas məqsədi kimya təminatı bölmələrinin uzlaşmış fəaliyyətini, eləcə də tapşırıqların icrası zamanı şəxsi heyətin praktiki vərdiş və bacarıqlarını, həmçinin mənəvi-psixoloji dözümlüyünü artırmaqdan ibarət olub.

Təlim zamanı bölmələr kimyəvi kəşfiyyatı yerinə yetirməklə zəhərləyici maddələrin növünü, zəhərli ərazinin sərhədlərini təyin edib və digər tapşırıqları icra ediblər.

Keçirilən taktiki-xüsusi təlim zamanı şəxsi heyət yüksək döyüş qabiliyyəti nümayiş etdirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top