Şair-publisist Murad Köhnəqala azadlığa buraxıldı

HADİSƏ 14 iyn 2019, 21:58

Şair-publisist Murad Köhnəqala azadlığa buraxılıb. Demokrat.az xəbər verir ki, bu barədə “Report”a yaxınları məlumat veriblər.

 

Qeyd edək ki, Tovuz Rayon Məhkəməsinin hakimi Qafil Baxşıyev iyunun 12-də Murad Köhnəqala barəsində 15 sutka müddətində inzibati həbs qərarı çıxarıb. Buna səbəb isə onun keçmiş ailəsinə 12 min manat aliment borcunu ödəməməsidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top