Salyanda 26 yaşlı gənc bıçaqlandı

KRİMİNAL 14 iyn 2019, 20:21

Bu gün günorta saatlarında Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.


Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 1993-cü ildə anadan olmuş Elvin İlqar oğlu Abdullayev daxilə nüfuz etməyən bıçaq xəsarəti ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib.


Atasının dediyinə görə, onu iş yerinin qarşısında tanımadığı şəxs bıçaqlayıb.


Elvin Abdullayevə tibbi yardım göstərildikdən sonra vəziyyəti qənatbəxş olduğu üçün öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top