“Erməni xalqı Paşinyandan üz çevirir” — Politoloq Mübariz Əhmədoğlu

SİYASƏT 14 iyn 2019, 19:56

“Abovyan şəhərinin merliyinə keçirilən seçkilərdə Nikol Paşinyan növbəti dəfə məğlub oldu. Bəlkə də bu onun belə 4-cü məğlubiyyəti idi. Özü birbaşa seçki kompaniyasına qatıldı, əhalini öz namizədinə səs verməyə çağırdı. Amma əhali onun dediyinə riayət etmədi və fəaliyyətdə olan Abovyan şəhərinin meri qələbə çaldı”.


Demokrat.az xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu deyib. 


Onun sözlərinə görə, sonradan N.Paşinyan bunu demokratiyanın qələbəsi kimi dəyərləndirdi: 

“Səsvermədən bir neçə gün öncə və səsvermə günü baş verənlər göstərdi ki, Abovyanda baş verənlərin demokratiya ilə zərrə qədər əlaqəsi yoxdur; Polis tam gücü ilə “Mənim Addımım” blokundan irəli sürülən namizədin rəqibinə qarşı, yəni fəaliyyətdə olan merə qarşı işlədi, hətta tərəfdarları həbs olundu, özü saxlanıldı”.


Politoloq deyib ki, bir neçə ay öncə Sünikdə də eyni belə vəziyyət yaranmışdı: 


“Orada N.Paşinyan yaranmış vəziyyətin 4 izahını verdi. İndi getdikcə verdiyi izahların sayı da azalır. N.Paşinyanın xalq qarşısında nüfuzunu itirməsinin digər əlaməti artıq Ermənistanda ondan reytinqli siyasətçinin meydana çıxmasıdır. “Gallup Armeniya”nın keçirdiyi rəy sorğusuna görə prezident Armen Sərkisyan Nikol Paşinyandan daha üstün reytinqə malikdir. Söz yox “Gallup Armeniya” N.Paşinyana da hədsiz böyük rəqəm yazmışdı – 81 faiz, amma A.Sərkisyana isə 85 faiz səs yazmışdı”.


Mübariz Əhmədoğlunun fikrincə, N.Paşinyanın əhalinin dəstəyini itirməsi gözlənilən idi, çünki verdiyi vədlərin heç birisini yerinə yetirməyib, bu bir tərəfə: 


“Eyni zamanda da Ermənistandan xeyli vacib iş adamlarını qovub. Amma ən əsası isə “məxməri inqilab” mitinqin ümumi ruhuna xəyanət etdi. Əhali N.Paşinyanı hakimiyyətə gətirəndə onu Dağlıq Qarabağ məsələsindəki mövqeyinə görə dəstəkləyirdi. O, uzun müddət Levon Ter-Petrosyanın tərəfdarı olmuşdu, heç vaxt Dağlıq Qarabağ məsələsində konkret millətçi mövqedən çıxış etməmişdi. O hesaba da ona dəstək veriblər. İndi də əhalinin bu mövqeyini inkar edir. Təbii ki, hadisələrin belə gedişi Ermənistandakı vəziyyətin aylarla ölçülən müddətdə kəskinləşəcəyini deməyə əsas verir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top