“Türk Hava Yolları” yeni istiqamətlərdə aviareyslərə başlayır

MARAQLI 14 iyn 2019, 15:53

“Türk Hava Yolları” (THY) yeni istiqamətlərdə aviareyslərə başlayır.


Aviaşirkətdən Demokrat.az-a bildirilib ki, bu il İstanbul Hava limanından Marrakeş, Şarja, Port-Sudan, Luksor şəhərləri istiqamətində aviareyslərə start verilib. 


Növbəti istiqamət isə Bali, Mexiko, Kankun və Rovaniemi şəhərləridir. Belə ki, iyul ayının 17-dən etibarən THY İstanbul ilə İndozeniya adası Balini birləşdirəcək. 


Uçuşlar həftədə 3 dəfə olmaqla həyata keçiriləcək. Avqust ayının 8-dən etibarən isə avaireys gündəlik reallaşdırılacaq.


Həmçinin yay aylarında aviaşirkətin uçuş şəbəkəsinə Mexiko və Kankun şəhərləri də qatılacaq. İstanbul-Mexiko-Kankun aviareysi həftədə 3 dəfə olmaqla reallaşdırılacaq. 


Sərnişinlər yeni istiqamətdə “Boeing B787-9” təyyarəsi ilə uçacaqlar.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top