Xəzər dənizi limanlarında “rəqəmsal dəhliz”in gücləndirilməsi layihəsinə start verildi — VİDFEO/FOTOLAR

MARAQLI 14 iyn 2019, 13:09

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsinin açılışı ilə əlaqədar tədbir keçirilib.


Demokrat.az xəbər verir ki, tədbirdə Bakı Limanının Baş direktoru Taleh Ziyadov layihə barədə məlumat verərək deyib: 


“Bakı Limanının tətbiq etdiyi liman əməliyyat sistemi, sərnişinlər üçün hazırlanmış onlayn bilet sistemi, əldə olunan ISO 9001:2015 keyfiyyət, ISO 14001:2015 ətraf mühiti idarə etmə və bu il üçün nəzərdə tutulmuş EcoPorts PERS ekoloji sertifikat nümayiş etdirir ki, qurum fəaliyyətini zamanın tələbinə uyğun qurub. ATƏT-lə bu gün təməli qoyulan və üç qardaş limanı birləşdirən layihəmiz Xəzər regionunda ətraf mühitin qorunması və liman əməliyyatlarını sürətləndirən növbəti mühüm addım olacaq”.


Bildirilib ki, layihə çərçivəsində Bakı, Aktau və Türkmənbaşı limanlarının avtomatlaşdırma və rəqəmsallaşdırma proseslərinin yol xəritəsinin hazırlanması, bərpa olunan enerjinin istifadəsi imkanlarının araşdırılması üçün müvafiq texniki-iqtisadi əsaslandırmanın işlənməsi nəzərdə tutulub.

 

Fotoğraf açıklaması yok.


ATƏT-in İqtisadi və ətraf mühit əlaqələndiricisi, səfir Vuk Zugic qeyd edib ki, enerji təhlükəsizliyi, rəqəmsallaşdırma və bağlılıq ATƏT-in müfəssəl təhlükəsizlik konsepsiyasının mühüm tərkib hissəsidir. 


“Əminəm ki, bu gün ATƏT-in Bakı Limanı ilə başladığı birgə layihə Azərbaycan, Qazaxıstan və Türkmənistanın yaşıl liman və bağlılıq mövzularında Xəzər dənizində mövqelərini gücləndirəcək”, - deyə Vuk Zugic vurğulayıb.

 


Vasif Həsənli
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top