"Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir" - TÜRKPA-nın Baş katibi

SOSİAL 14 iyn 2019, 15:14

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir.

 

Demokrat.Az “Oxu.az”a istinadən xəbər verir ki, bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov Bakıda Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

 

O bildirib ki, Azərbaycan Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə olub. Ölkədə qadınlarla bağlı əməli addımlar atılır.

 

“Türkdilli xalqlar qadınlara əvəzolunmaz varlıq kimi yanaşırlar. TÜRKPA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə aktivlik göstərirlər”, - deyən A.Mamayusupovun sözlərinə görə, üzv ölkələrdə gender bərabərsizliyi ilə bağlı normativ-hüquqi baza yaradılıb.

 

“Hələ də qadınlar zorakılığın müxtəlif növlərinə məruz qalırlar. Bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır”, - deyə o əlavə edib. 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top