Əli Mirəliyev: "Məni söyəndə xoşuma gəlir" (VİDEO)

ŞOU-BİZNES 13 iyn 2019, 22:08

ARB TV-nin “Səhər-Səhər” proqramında verilişin aparıcısı, müğənni Əli Mirəliyev haqqında gəzən şaiyələrə aydınlıq gətirib.

 

“Haqqımda yaxşı rəy deyəndə xoşuma gəlmir. Məni söyəndə xoşuma gəlir. İrad bildirsinlər, yoxsa yalandan toyda başına güldan atılıb deyilməsin. 11 yaşımda tramvay keçib başımın üzərindən. Başımdakı çapıq izi ondan qalıb. Filmə bilet aldıq, filmin başlamağına yarım saat qalırdı.
 

Tramvaya mindim ki, vaxtında çatım. Əlimi atıb tullandım tramvayın qapısındakı qəstəyindən tutdum. Qapıda bir oğlan var idi, barmaqlarımı dəstəkdən açdı. Yıxıldım. Başımdan zədə aldım. 6 ay xəstə yatmışam”.

 

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top