İrəvandan Türkiyəyə təyyarə reysi baş tutdu — VİDEO/FOTOLAR

HADİSƏ 13 iyn 2019, 11:30

Türkiyə ilə Ermənistan dövlətləri arasında daha bir ilkə imza atılıb. 


Demokrat.az xəbər verir ki, ötən həftə tarixdə ilk dəfə olaraq Ermənistanın paytaxı İrəvandan Türkiyənin Van şəhərinə təyyarə reysi baş tutub. 


Bu barədə məlumatı "Hraparak" erməni qəzeti yayıb.


Məlumata görə, 35 dəqiqə davam edən uçuş Gürcüstan hava yollarına aid sərnişin təyyarəsilə reallaşıb. 


Təyyarədə olan erməni sərnişinlər Türkiyənin Van şəhərində bələdiyyə sədri və HDP-li şəxslər tərəfindən yüksək səviyyədə qarşılanıblar.   


Keçirilən görüşlərdə bildirilib ki, İrəvan-Van təyyarə reyslərinin mütəmadi həyata keçirilməsi nəzərdə tutulur. 


Qeyd edək ki, sözügedən hadisə ilə bağlı Türkiyə hökuməti hələ də açıqlama verməyib.

 


Zaur Hacılı
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top