Şamaxıda taxıl zəmiləri yanır — VİDEO

HADİSƏ 13 iyn 2019, 11:52

Şamaxıda taxıl zəmiləri yanır.


Demokrat.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonunun Çöl Göylər kəndi yaxınlığında biçilmiş və biçilməmiş taxıl sahələrində yanğın olması barədə məlumat daxil olub. 


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.


Hadisə rayonun Göylər kəndi ərazisində qeydə alınıb. Gecə saat 12 radələrində başlayan yanğın Ağsunun qonşu kəndlərində də müşahidə edilir.


Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Əlavə olaraq, yanğının qarşısını almaq üçün şum işləri də görülür. Buna baxmayaraq, hələlik yanğının qarşısını almaq mümkün olmayıb.


Yerli sakinlərin sözlərinə görə, yanan otlaq və taxıl sahəsi 100 hektardan çox ərazini əhatə edir. Ərazidə havanın küləkli olması yanğınsöndürənlərin işinə mane olur. Buna görə də, yanğının qarşısını almaq mümkün deyil.(Qafqazinfo)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top