Azərbaycanda tanınmış şair həbs olundu

HADİSƏ 12 iyn 2019, 17:30

Azərbaycanın tanınmış şairi Murad Köhnəqala həbs olunub.


Demokrat.az xəbər verir ki, bu haqda məlumatı həyatyoldaşı Şəlalə Göytürk sosial şəbəkə hesabında paylaşıb. 


Ş.Göytürk bildirib ki, Tovuz Rayon Məhkəməsi Murad Köhnəqalanı həbs edib.


"İşsiz, gücsüz, himayəsində körpə uşağı olan bir adamdan 12 min manat aliment tələb edirlər. Yaşları 20-dən yuxarı əqli və fiziki qabiliyyətləri olan 3 adam - Muradın keçmiş həyat yoldaşı və qızı nın tələbləri ilə məhkəmə bu cür ədalətsizliyə, vicdansızlığa qərar verdi. Bəli, Azərbaycanda hüquq sistemi bu cür işləyir! Evsiz-eşiksiz, işsiz, əlində olan mülkiyyəti heç bir tərəddüdsüz keçmiş ailəsinə verən adamdan12 min manat pul tələb edirlər. Tanıyanlar bilir, Murad son tikəsini belə balalarından saxlamaz. Bu nə vəhşilikdi belə?".(Yeni Sabah)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top