Qəbələdə üç ölkənin Müdafiə nazirlərinin görüşü keçirilir — YENİLƏNİB (FOTOLAR)

HADİSƏ 12 iyn 2019, 16:20

İyunun 12-də Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli formatda görüş başlayıb.


Demokrat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.


Görüşdən əvvəl Müdafiə nazirləri Qəbələ şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini, eləcə də Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək önlərinə gül dəstələri qoyub, xatirələrini hörmət və ehtiramla yad ediblər.


Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərinin müzakirəsi və üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsinin aparılması nəzərdə tutulub.


10:29


Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir.


Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, görüş Qəbələ şəhərində baş tutub.


Hər üç ölkənin naziri Qəbələ Şəhidlər Xiyabanını ziyarət edib.


İlk olaraq Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin Milli Müdafiə Nazirliyi, Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında, həmçinin, Gürcüstan və Türkiyə Müdafiə Nazirliyi arasında ikitərəfli görüşlər keçirib.


Görüş çərçivəsində Azərbaycan və Gürcüstanın Müdafiə Nazirliyi arasında hərbi sahədə olan münasibətlər müzakirə olunub.


Bundan əlavə, hər iki nazirlik arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.


Görüş üçtərəfli formatda davam etdiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top