Bakıda BMW reklam lövhəsinə çırpılıb yandı — Ölən və yaralı var

HADİSƏ 12 iyn 2019, 09:44

Gecə saatlarında Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 


Demokrat.az xəbər verir ki, hadisə Bibiheybət məscidi yaxınlığında qeydə alınıb. 


Belə ki, BMW markalı avtomobil reklam lövhəsinə çırpıldıqdan sonra yanıb. 


Hadisə nəticəsində avtomobilin sürücüsü - 1989-cu il təvəllüdlü Rəcəbov Əsədağa Nadir oğlu ölüb, maşında olan sərnişin isə ağır yaralanıb.


Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə barədə məlumat təcili yardıma saat 03:37-də daxil olub:


“Avtomobildə olan sərnişin - 28 yaşlı Kamran İsgəndərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir”.


Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top