Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyasına dair görüş gələn həftə keçiriləcək

GÜNDƏM 11 iyn 2019, 23:14

"Azərbaycan-Gürcüstan arasında sərhədlərin delimitasiyasına dair ekspertlər səviyyəsində görüş gələn həftə razılaşdırılmamış ərazilərdə keçiriləcək".

 

Demokrat.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib.

 

X. Xələfovun sözlərinə görə, görüşün nəticəsinə uyğun olaraq komissiyanın növbəti iclasının vaxtı müəyyənləşəcək. Bu da, çox güman ki, iyul-avqust aylarına təsadüf edəcək.
 

"Gürcüstanla həm səfirliklər, həm də Gürcüstan hökumətinin xüsusi nümayəndəsi ilə təmaslar davam edir", - deyə X.Xələfov vurğulayıb.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top