Toyda zəhərlənən 40 nəfər xəstəxanalıq oldu

Ukraynanın Lvov şəhərində toy mərasimində kütləvi zəhərlənmə baş verib.

 

Demokrat.Az Trend-ə istinadən xəbər verir ki,  bağırsaq infeksiyası diaqnozu ilə tibb müəssisəsinə 45 nəfər müraciət edib. Bunlardan 5 nəfərin azyaşlı olduğu deyilir.

 

40 nəfər xəstəxanaya yerləşdirilib, 5 nəfər isə ambulator müalicəyə buraxılıb.

 

Həkimə müraciət edənlər ürəkbulanma, başağrılarından şikayət ediblər.

 

Toy mərasiminin keçirildiyi "Çervona Ruta" restoranında ərzaq və hazır yeməklərdən nümunələr götürülüb. Faktla bağlı araşdırma aparılır.

 

 

 

11 İyun 2019, 20:25   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin