Bakıda sərnişin avtobusu qəza törətdi - 4 nəfər yaralandı (FOTOLAR+YENİLƏNİB)

HADİSƏ 11 iyn 2019, 18:33

Bu gün Zığ yolunda yol qəzası olub.

 

Bakı Nəqliyyat Agentliyindən Demokrat.Az-a verilən məlumata görə, Zığ yolunda fiziki şəxs Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 104 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

 

Daşıyıcının verdiyi məlumata görə saat 16:40 radalərində Zığ yolunda təxliyə avtomobili 104 nömərli müntəzəm marşrut üzrə hərəkət edən 90 RZ 540 DQN li avtobusu arxadan vurub. Hadisə ilə əlaqədar daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağırılıb və müvafiq araşdırma aparılır.

Mais Aghayev adlı şəxsin şəkli.

Mais Aghayev adlı şəxsin şəkli.

Mais Aghayev adlı şəxsin şəkli.

 

Saat 17:20

Bakının Xətai rayonu, Zığ şosesində 104 nömrəli marşrut avtobusu qəza törədib.

 

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 43 və 34 yaşlı qadınlar Sabunçu xəstəxanasına, 50 yaşlı qadın Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb. Qadınlara bədənin müxtəlif nahiyələrinin xəsarəti diaqnozu qoyulub.

 

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top